Çempion ola bilməyən komandaya nəzarət ona tapşırıldı - Külli ixtiyar sahibinə çevrildi!

31 May 21:00 I Divizion 1 036
Çempion ola bilməyən komandaya nəzarət ona tapşırıldı - Külli ixtiyar sahibinə çevrildi!

II Liqada mövsümü ikinci pillədə başa vuran «Şəfa»da qeyri-rəsmi vəzifə bölgüsü aparılıb.

Çempionluq məqsədinə çatmayan komandaya nəzarət de-fakto Əfran İsmayılova tapşırılıb.

Hazırda «Araz-Naxçıvan»da Elmar Baxşıyevin köməkçilərindən biri olan keçmiş yarımmüdafiəçiyə «Şəfa»da geniş səlahiyyətlər verilib.

Növbəti sezondan I Liqada mübarizə aparacaq paytaxt təmsilçisinin çıxışına artıq İsmayılov cavabdehlik daşıyacaq.

Məşqçi təyinatlarından tutmuş ta futbolçu transferlərinə kimi. İsmayılovun razılığı olmasa, komandaya adi bir işçi də götürülməyəcək.

Başqa sözlə, sponsorlar ona prezident vəzifəsindən daha iri imtiyazlar tanıyıb.

Əfran İsmayılov istəsə, elə bu gün Elgiz Kərəmlini baş məşqçi postundan kənarlaşdıra bilər. Ona deyilməyəcək ki, sən niyə belə addım atdın. Külli ixtiyar artıq ondadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti