
«Zaqatala»nın yeni sponsor həsrəti başa çatıb.
«Muzik Galery»nın imtinasından sonra himayədarsız qalan I Liqa mənsubu artıq bu problemi həll edib.
Zaqataladan olan vəzifəli şəxslərdən biri kluba dəstək verməyə razılaşıb.
Ona yaxınlığı ilə bilinən iş adamlarıyla görüşmələr müsbət sonuclanıb. Tərəflər böyük layihə əsasında əməkdaşlıq etməyə razılaşıb.
Yaxın günlərdə bu xəbərin əks-sədası çıxacaq. Bəlkə daha tez oldu. Hər halda həmin şəxslə klub mənsubları arasında açıq qalan hansısa məsələ yoxdur.
SPORTİNFO.AZ