
Azərbaycanda fəaliyyət klubun adı dəyişib. I
Liqada mübarizə aparan «Mingəçevir» isminə «əl gəzdirib».
Şəhərin eyniadlı təmsilçisi bundan sonra «ASTA-Mingəçevir» adlandırılacaq. Klub bu yeniliyin rəsmiləşməsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət edib.
Dəyişiklik təşəbbüsü sponsor təşkilata məxsusdur.
ASTA 2025-ci ilin yanvarında «Mingəçevir»i himayəsinə götürüb. Tərəflər arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu, son addım olmayacaq. İlk proses tamamlanınca, sıra idarəçilərə çatacaq.
Hazırda klubun işçi aparatında yer alanlardan bir neçəsinin vəzifəsi ilə vidalaşması gündəmə gələcək.
SPORTİNFO.AZ