Vəzifəsində saxlanıldı - Verdiyi vədi yerinə yetirə bilməsə də...

11 İyul 2025 10:40 I Divizion 2 998
Vəzifəsində saxlanıldı - Verdiyi vədi yerinə yetirə bilməsə də...

Üzümüzə gələn mövsümdən I Liqada yarışacaq «Şəfa» baş məşqçisi ilə müqaviləni yeniləyib.

Ötən ilin dekabrından paytaxt təmsilçisini çalışdıran Elgiz Kərəmli daha 1 il sükan arxasında qalacaq.

Anlaşmaya əsasən, komanda Premyer Liqaya vəsiqə qazanarsa, işbirliyinin müddəti 2027-ci ilin yayınadək uzadılacaq.

«Şəfa» keçən sezon II Liqada mübarizə aparıb. Çempionatın ən böyük büdcəyə malik iştirakçısı qızıl medal əldə edə bilməyib:

E.Kərəmli «13 oyuna 13 qələbə» vədi ilə görəvə gəlsə də, kollektiv «Şahdağ»dan geri qalaraq ikinciliklə kifayətlənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA