“Mənim heç bir günahım yox idi, xahiş etmişdim ki...”

6 İyun 02:30 I Divizion 859
“Mənim heç bir günahım yox idi, xahiş etmişdim ki...”

Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə AFFA İntizam Komitəsinin onun haqqında çıxardığı beş oyunluq cəza qərarının dəyişəcəyinə ümid edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə rReport"a açıqlama verib.

O, XXVI turda "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etmədiyini və qərardan AFFA-ın Apellyasiya Arbitraj Tribunalına şikayət ünvanladığını xatırladıb:

"Çünki mənim heç bir günahım yox idi. Xahiş etmişdim ki, buna yenidən baxılsın.

Qərarın dəyişəcəyinə ümid edirdim. Nə edə bilərəm? Çox ağır cəzadır.

Orada yazılıb ki, mən hakimi təhqir etmişəm. Amma oyundan sonra referiləri görməmişəm.

Görməmişəmsə, necə onlara söz deyə bilərəm? Hakimlər otağının yanında keçəndə də söyüş söyməmişəm. Nədənsə belə cəza verdilər".

A.Quluzadə gələcək karyerası ilə bağlı hələlik qərar vermədiyini söyləyib: "Ümumiyyətlə nələrin olacağını da bilmirəm".

Quluzadə "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün beş oyunluq cəza alıb. Onun qərarla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayəti təmin edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 01:50 Millimiz Riqaya yetişdi