Baş məşqçidən tələb olundu - Köməkçilərin çox pul alır, göndər, getsinlər!

31 May 10:40 I Divizion 1 621
Baş məşqçidən tələb olundu - Köməkçilərin çox pul alır, göndər, getsinlər!

Bu il I Liqada yerini qoruyan «Mingəçevir»də vəziyyət yenidən dəyişib.

Klubu himayəsinə götürmüş ASTA-nın rəhbərliyi baş məşqçi Füzuli Məmmədov qarşısında yeni tələb qaldırıb.

Cari ilin yanvarından «işıqçılar»a sponsorluq edən ASTA ondan köməkçiləri ilə vidalaşmasını istəyib.

Dördüncü yeri tumuş mütəxəssisə bildirilib ki, onların aldığı əməkhaqqı kifayət qədər yüksəkdir və artıq həmin vəsaiti ödəmək problemdir.

Ona tapşırılıb ki, mingəçevirli məşqçilərdən ibarət yeni korpus formalaşdırılsın.

F.Məmmədov 5 aydır «Mingəçevir»in sükanı arxasındadır. Onun məvacibi 4000 manatdır.

Köməkçiləri Mehman Yunusov, Rauf Mehdiyev və Rafael Əmirbəyov hərəyə 2800 manat məvacib alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti