Tanınmışlar "Difai"ni izləməyə gəldi: İki gözəl qol və 1000 manat… VİDEO+FOTOREPORTAJ

29 May 09:40 I Divizion 1 080
Tanınmışlar "Difai"ni izləməyə gəldi: İki gözəl qol və 1000 manat… VİDEO+FOTOREPORTAJ

Birinci Liqaya vəsiqə uğrunda "Difai" və "Hypers" arasında pley-off matçı keçirilib.

"ASCO Arena"da baş tutmuş görüş böyük maraq çəkib.

Hər iki tərəf Bayıla hazırlıq gəlib. "Fədailər"i 100-dən artıq gənc dəstəkləyirdisə, Qubadan gəlmiş avtobuslar stadionun ərazisində sıraya düzülmüşdü.

Onların komandalarının futbolçularını böyük mükafat gözləyirdi. Klub rəhbərliyi öncə 500 manat vəd etmişdisə, sonradan bu məbləğ 1000 manata çatdırılmışdı.

Hələ ilk hissə göstərdi ki, II Liqa təmsilçisi boyundan yuxarı tullana bilməyəcək. Beşli müdafiə taktikası ilə meydana çıxan şimallıların orta sahəsində boşluqlar tez-tez nəzərə çarpırdı.

İrəlidə isə Ruslan Qurbanov qeyri-fəal idi. Belədə hücumun mərkəzində tək qalmış Cavid İmamverdiyevin ayağına demək olar top az-az dəyirdi.

Bununla belə, "Hypers"in ilk hissədə yeganə qol fürsətini "Neftçi"nin yetirməsi yaratdı. O. Mahir Həsənovun yanlış ötürməsindən sonra uzaqdan boş qapıya zərbə endirmək imkanı əldə etsə də, top "çərçivə"dən yan keçdi.

"Difai" fasiləyədək cütün taleyini müəyyənləşdirə bilərdi. Fərqlənmək üçün nə qədər fürsətləri oldu!

Yalnız Xəyal Bədirov bu fraqmentlərdən birində toru silkələyə bildi - onun zərbəsi qüvvətli və baxımlı alındı.

İkinci hissədə "Difai" daha üstün və fəal təsir bağışladı. Ceyhun Muxtarlı 51-ci dəqiqədə fərqi artırınca, "Hypers" başa düşdü ki, möcüzə baş verməyəcək.

Stadiona toplaşanlar son dəqiqələrdə iki qol da izlədi. Qarabağ qazilərinin təmsilçilərindən Fərid Kərimzadə olduqca gözəl vuruşla hesabı 3:0 etdisə, İlqar Ələkbərov kornersonrası qapı qarışısında yaranan qarışıqlıqdan yararlandı.

Beləcə, "Difai" inamlı qələbə qazanaraq, I Liqadakı yerini qorudu. Bu, ölkənin tanınmış futbol adamlarının gözü qarşısında baş verdi.

Arenada daha kimlər yox idi ki..! Rəşad Sadıqov, Ramiz Məmmədov, Azər Bağırov, Kənan Kərimov və digər üzdə olan məşqçilər "Difai"yə dəstək üçün stadiona təşrif buyurmuşdu.

Həmçinin I və II Liqada mübarizə aparan klubların funksionerləri, çalışdırıcıları və digər şəxsləri VİP-lojada görmək olardı.

SPORTİNFO.AZ

"Difai" - "Hypers Guba" 3:1
Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3

Digər Xəbərlər
Xəbər Lenti