"Zirə" torpaq sahəsi aldı, yeni baza tikir

3 Avqust 2020 10:52 Zirə 1 087
"Zirə" torpaq sahəsi aldı, yeni baza tikir

2014-cü ildən fəaliyyətə başlayan «Zirə» infrastrukturunu yaratmq yönündə növbəti addımını atıb.

Sportinfo.az-ın məlumatına görə, «qartallar» adını daşdığı qəsəbəyə yaxın ərazidə torpaq sahəsi alıb.

Həmin yerdə süni və ot örtüklü bir neçə meydança salınacaq, klub və akademiya binası tikiləcək. Ümumiyyətlə, «Zirə» burada məskunlaşacaq.

Bu, vaxtıında atılan addımdır. İstənilən klubun inkişafı onun bazalaşmasından, infrastrukturunun oturuşmasından keçir. Bir ssözlə, qəsəbə təmsilçi indi yeni mərhələyə start verir.

Bu mənada AFFA-nın köməyi mütləqdir və getdikcə daha çox lazım olacaq. Federasiyaya bağlıı «Agrosport» şirkəti Zirə Olimpiya Kompleksinin stadionunun süni qazonunu dəyişib və təbii ot edib. Komanda burada az-az hallarda məşqə çıxır.

Ona görə ki, kompleksin nəzdində başqa meydança yoxdur və bura yüklənməyə məruz qala bilər. Zirəlilər bu səbəbdən yollarda qalıb və məcburiyyətdən Bakı Olimpiya Stadionunun yardıımçı meydançasında məskunlaşıb.

Akademiyasının fəaliyyətini də bir mərkəzdən idarə etmək olmur. Aşağı yaş qrupları üzrə komandalar şəhərin müxtəlif zonalarına «səpələnib».

Bak Aviasiya Akadesmiyasına və Binə stadionuna pənah saparan akademitanın şəraitinin yaxşılaşdırılmasına həqiqətən böyük ehtiyac var və sevindirici haldır ki, klubun fəxri prezidenti Orxan Məmmədov bu sahəyə də diqqəti artırmağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti