Bakı klubu yeni legionerini gətirdi, imza atırdı

29 İyul 2020 21:40 Zirə 1 009
Bakı klubu yeni legionerini gətirdi, imza atırdı

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu, Sportinfo.az-ın günlər öncə xəbər verdiyi kimi, Lazar Corceviçdir.

Serbiyalıı legionerlə 2 illik müqavilə bağlanılıb. 28 yaşlı mərkəz müdafiəçisi iyulun 30-da yeni komandasının hazırlıq keçdiyi Qəbələyə yollanacaq.

Lazar Corceviç "Zirə"nin mövsümlərarası fasilədə ikinci legioner transferidir. Əvvəllər Şimali Makedoniya, Slovakiya və Çexiyada çıxış etmiş təcrübəli oyunçunun son klubu Serbiya "Radniçki"si olub.

Qəsəbə təmsilçisinin ilk əcnəbisi isə "Qəbələ"dən ayrılan Klesio Baukdur. Hazırda "Zirə" qapıçı və pleymeyker mövqelərinə də legioner axtarır.

Xəbər Lenti