"Zirə”dən Serbiya klubuna

29 İyul 2020 18:48 Zirə 1 989
"Zirə”dən Serbiya klubuna

“Zirə”nin sabiq qapıçısı Boyan Zoqoviç özünə yeni klub tapıb.

Sportinfo.az xəbər verir ki, 2019/20 mövsümünün ardından Bakı klubundan ayrılan monteneqrolu karyerasını Serbiyada davam etdirəcək.

O, bu ölkənin “Kolubara” klubuna keçib. Qapıçının yeni komandası Serbiya çempionatının 1-ci liqasında mübarizə aparır.

Ötən mövsüm 5-ci yeri tutan komanda Super Liqaya vəsiqə qazana bilməyib. Zoqoviç “Zirə”də 8 oyuna 13 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!