Millimizin futbolçusuna Super Liqadan təklif var

28 İyul 2020 21:00 Zirə 2 273
Millimizin futbolçusuna Super Liqadan təklif var

Azərbaycan millisi və “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə futbolçu özü matc.az-a məlumat verib.

Elvin bir neçə ay öncə Super Liqa təmsilçilərinin birindən təklif olduğunu ancaq daha sonra söhbətin dayandığını bildirib: “Həmin vaxt Türkiyədə mövsüm başa çatmamışdı.

Həm də karantin dönəminə düşdüyü üçün danışıqlar yarımçıq qaldı. Ancaq artıq Türkiyədə çempionat bitib. Avqustda danışıqların yenidən bərpa olunması gözlənilir”.

Millimizin üzvü danışıqların müsbət nəticələnəcəyi təqdirdə, Türkiyəyə yollanacağını açıqlayıb: “Əlbbət, ilk öncə rəhbərliklə və baş məşqçi ilə danışacam.

Məncə, onlar da karyeramı Super Liqada davam etdirməyimi istəyərlər. Orada Azərbaycanı təmsil etmək niyyətindədiyəm. Ancaq “qal” desələr, “Zirə”də oynamağa davam edəcəm. Komanda ilə bir illik müqaviləm var. Bura mənim evim kimidir. Qərarlarına hörmətlə yanaşacam”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!