"Zirə" serbiyalı mərkəz müdafiəçisi ilə anlaşdı

27 İyul 2020 22:40 Zirə 2 291
"Zirə" serbiyalı mərkəz müdafiəçisi ilə anlaşdı

«Zirə» Klesio Baukdan sonra ikinci legioner transferini gerçəkləşdirib.

Sportinfo.az-ıın məlumatına görə, qəsəbə klubu «Qəbələ»dən ayrılan mozambikli yarımmüdafiəçinin ardınca Serbiyaya üz tutub.

Belə ki, «Radniçki»dən Lazar Corceviçlə anlaşılıb. 28 yaşlı mərkəz müdafiəçisi sabah Azərbaycana gəlməlidir. Onunla müqavilə müddəti 2 illik nəzərdə tutulub.

187 sm boya malik arxa xətt oyunçusu 2018-ci ildən «Radniçki»nin formasını geyinir. O, indiyədək 3 ölkədə legionerhəyatı yaşayıb – Şimali Maekedoniya, Slovakiya və Çexiyada.

«FK Palilulac»ın yetirməsi 2012-ci ildə «Sileks»ə transfer olunub. 1 il sonra Slovakiyaya yollanıb və 2 mövsüm «Koşitse»nin formasını geyinib. 2016-cıı ildə bu ölkədə «Jeleziarne»yə üz tutub və 2 il də adıçəkilən komandanın uğurlarıı üçün tər töküb.

2018-ci ildə ölkəsinə qayıdıb və «Voyvodina» ilə müqavilə bağlayıb. 2019-cu ilin əvvəlində Çexiyada peyda olan Lazar «Karvina» ilə anlaşıb. «Radniçki»yə də buradan gəlib. Belqrad komandasında yarım mövsümə 18 oyun keçirən müdafiəçi 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti