Rəşad Sadıqov bu axşam "Zirə"də "siftə" edəcək

25 İyul 2020 15:46 Zirə 1 499
Rəşad Sadıqov bu axşam "Zirə"də "siftə" edəcək

Bu gün Qəbələdə təlim məşq toplanışında olan "Zirə" ilk yoxlama matçını keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu, Rəşad Sadıqovun rəhbərliyi altında "Zirə"nin ilk oyunu olacaq.

Eləcə də gənc mütəxəssis özü klub baş məşqçisi qismində qeyri-rəsmi də olsa ilk oyununa çıxacaq. "Qəbələ"yə qarşı matç saat 20.00-da başlanacaq.

Görüşdə Sadıqovun yeni transferlərlə yanaşı əvəzedici heyətdən bəzi gənc futbolçulara da şans verəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti