"Zirə"li Elvin Rəşad Sadıqovun təyinatından nə gözləyir?

22 İyul 2020 14:08 Zirə 1 290
"Zirə"li Elvin Rəşad Sadıqovun təyinatından nə gözləyir?

"Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a müsahibə verib.

- Elvin, hazırlıq necə keçir?

- Artıq bir neçə gündü komanda toplaşıb. Hazırlığa Qəbələdə start vermişik.

- Yenilənmiş bir "Zirə" var. Səncə, ölkə çempionatının startına kimi tam hazır olmaq mümkün olacaq?

- Əlbəttə, zaman lazım olacaq. Həm də məlum səbəbdən 4 ay futbolsuz qalmışıq. Amma bu çətinliyin öhdəsindən gəlib, maksimum dərəcədə hazır olmağa çalışacağıq.

- Rəşad Sadıqov baş məşqçi kimi klub karyerasında ilk klubu "Zirə" oldu. Buna kimi gənclər millisində və "Qarabağ"ın U19 komandasında yaratdığı mübariz komanda ilə özü haqqında müsbət fikirlər formalaşdıra bilib. Bunun davamı "Zirə"də gələcəkmi?

- Rəşad Sadıqov futbolçu karyerasın gözəl şəkildə davam etdirdi və bitirdi. Bundan sonra baş məşqçi mövqeyindən çıxış edəcək. İnanıram ki, umumən hər şey yaxşı olacaq.

- "Qəbələ" və "Zirə"də daim ətrafında təcrübəli futbolçular çıxış edib. Amma artıq sənin özünü də komandanın təcrübəli futbolçularından saya bilərik. Bu amil məsuliyyətini bir qədər də artırırmı?

- Məncə, təcrübə hər ötən il, hər keçən mövsüm daha da artır. Meydançada etdiyimiz səhvlərdən nəticə çıxarırıq. Bu müddətdə təcrübə artır və səhvləri təkrar etməməyə çalışırıq. "Qəbələ" və "Zirə"də bərabər oynadığım təcrübəli futbolçulardan mənim üçün faydalı olan lazımlı şeyləri götürmüşəm. Hələ qarşıdakı karyeramda da təcrübə qazanmağa davam edəcəm.

- Komandaya yeni qoşulan futbolçuların demək olar hamısını yaxından tanıyırsan, potensiallarına bələdsən. Bu futbolçularla "Zirə" hansı hədəflər üçün mübarizə apara bilər?

- Bəli, demək olar hamısı ilə tanışlığım var. "Zirə" hər zaman hədəfi olan komandadır və bu belə də davam edəcək. İnşallah qarşıdakı mövsümlər bizim üçün uğurlu olar.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti