"Zirə" çempionatda iştirakdan imtina etdi – SON DƏQİQƏ

19 İyul 2020 14:00 Zirə 3 325
"Zirə" çempionatda iştirakdan imtina etdi – SON DƏQİQƏ

Növbəti mövsümdə I Divizion iştirakçılarının sayı yenə azalıb.

Sportinfo.az-ın məlumatına görə, «Zirə-2» fəaliyyətini dayandırıb.

Qəsəbə təmsilçiinin əvəzediciləri üzümüzə gələn çempionatda çıxış etməyəcək ki, bunun da səbəbləri müxtəlifdir. Belə ki, «dubl»un bir neçə futbolçusu əsas komandaya cəlb olunub. Digərləri isə Gənclər Liqasında mübarizə aparacaq U-19-a göndərilib.

«Qartallar»ın bu addımı atması həm də I Divizionda oyun «alver»inin kütləvi hal almasıyla əlaqədardır. Ötən mövsüm baş verənlər hələ yaddan çıxmayıb.

AFFA «Ağsu»nu qış fasiləsində çempionatdan kənarlaşdırdı, təqrtbən 50-yə yaxın şəxsini – futbolçu, məşqçi, funksioner, klub əməkdaşını ömürlük futboldan «sildi».

Birinci dəstəyə nəzarət zəif olduğundan, «Zirə» rəhbərliyi klubun imicini AFFA-ya 100 min manat cərimə ödəməkdən üstün tutub. Beləliklə, I Divizion nümayəndələrinin sayı 12-yə enib. «Qəbələ» son 2 ildə aşağı dəstədə çıxış etməkdən boyun qaçırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti