Az əvvəl Rəşad Sadıqovun "Zirə"ni baş məşqçisi olacağı açıqlandı
Sportinfo.az xəbər verir ki, komandanın fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı klubun mətbuat
xidmətinə açıqlama verib:
“Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur.
“Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram ”.

