"Zirə" ilə bəzi məsələlərdə razılaşa bilmədik" - ayrılan müdafiəçi

17 İyul 2020 14:36 Zirə 1 006
"Zirə" ilə bəzi məsələlərdə razılaşa bilmədik" - ayrılan müdafiəçi

"Zirə" klubdan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Həsənalızadəyə yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı müdafiəçinin özü məlumat verib. Oyunçu bildirib ki, sözləşmə şərtləri ilə razılaşa bilmədikləri üçün yollar ayrılıb.

Həsənalızadə hələ heç bir komandadan təklif almadığını söyləyib: "Zirə" ilə danışdıq və bəzi məsələlərdə razılıq əldə edə bilmədik. Detalları açıqlamaq istəmirəm. Hazırda ilk növbədə, ölkə xaricində çıxmaq istəyirəm".

Müdafiəçi sabiq komandası "Sumqayıt"a qayıtma ehtimalı barədə isə bunları deyib: "Hələ ki, "Sumqayıt"dan heç kim mənimlə əlaqə saxlamayıb".

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2019/20 mövsümünün əvvəlində "Zirə"yə məhz "Sumqayıt"dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti