"Baş məşqçi postuna 1-2 namizədlə bağlı fikir mübadiləsi aparılacaq"

15 İyul 2020 23:00 Zirə 1 106
"Baş məşqçi postuna 1-2 namizədlə bağlı fikir mübadiləsi aparılacaq"

"Klubun fəxri prezidenti Orxan Məmmədova görüşümüz olacaq".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Zirə"nin icraçı direktoru Cahangir Məmmədov deyib.

Klub rəsmisi futbolçu karyerasını başa vuran və "Qarabağ"la yollarını ayıran Rəşad Sadıqovun "Zirə"nin baş məşqçisi postuna təyin olunacağı ilə bağlı yayılan söhbətlərə münasibət bildirib.

"Zirə" ötən mövsümün sonunda baş məşqçi Zaur Həşimovla yollarını ayırıb. Cahangir Məmmədov bu iclas zamanı son qərarın verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Bu görüşdə baş məşqçi məsələsi müzakirə olunacaq. 1-2 namizədlə bağlı fikir mübadiləsi aparılacaq. Yekun qərarın bu gün və ya sabah veriləcəyi məlum deyil. Yəqin ki, yaxın günlərdə hər şeyə aydınlıq gələr".

Digər Xəbərlər
Xəbər Lenti