"Zirə"nin yeni baş məşqçisi əcnəbi olmayacaq

15 İyul 2020 15:04 Zirə 926
"Zirə"nin yeni baş məşqçisi əcnəbi olmayacaq

«Zirə»nin yeni baş məşqçisinin əcnəbi olacağıyla bağlı sosial şəbəkələrdə yeni iddialar baş qaldırıb.

Bildirilir ki, Zaur həşimovla vidalaşan klub rəhbərliyi Türkiyə və Rumıniyadan olan bir neçə mütəxəssislə danışıqlar aparır.

Yaxın günlərdə təyinat olacaq. Redaksiyamızın araşdırmasına görə, komandanın sükanı arxasına xarici çalışdırıcı gətirilməyəcək. Düzdür, müxtəlif menecerlər tərəfindən bu cür təklif verənlər var, ancaq rəsmilərin yekdil fikri vakant posta yerli məşqçi təyin etməkdir.

SPORTİNFO.AZ

Xəbər Lenti