«Zirə»də ictimaiyyətin diqqətini çəkəcək eövbəti maraqlı hadisə yaşanıb.
Sportinfo.az-ın məlumatına görə, komanda üzvləri may ayının maaş borcunu istəməyib.
Futbolçular koronavirus pandemiyası səbəbindən mövsümün yarımçıq dayandırılmasını nəzərə alaraq, klubun fəxri prezidenti Orxan Məmmədova öz dəstəyini bu cür nümayiş etdiriblər.
Təbii ki, o da bunu qiymətləndirib. Qəsəbə təmsilçisinin birinci şəxsi kollektivə müəyyən bir məbləğin ödənilməsinə göstəriş verib.