"Orxan Məmmədov mənə jest etdi, pulumu öz cibindən verdi"

13 İyul 2020 23:40 Zirə 1 487
"Orxan Məmmədov mənə jest etdi, pulumu öz cibindən verdi"

"Məsələ aydın idi. Sadəcə özüm açıqlamaq istəmədim. Görüşümüz dünən olub.

Gözlədim ki, ilk olaraq klub məlumat versin, birinci futbolçunun yazmağı düzgün çıxmır. Qarşılıqlı razılaşma əsasında vidalaşdıq. Heç kimin narahatlığı olmadı. Belə məsləhət idi, bu cür də alındı".

Sportinfo.az xəbər verir ki, Bu fikirləri "report"a açıqlamasında "Zirə" ilə yollarını ayıran Cavid Hüseynov deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Zaur Həşimovun komandadan gedişi onunla yolların ayrılmasına səbəb olmayıb. Hüseynov artıq özünə yeni komanda axtaracağını sözlərinə əlavə edib:

"İndiyə kimi klubla anlaşmam var idi. Bu komandaya keçəndə mənimlə iki illik müqavilə imzalamaq istədilər. Mən isə heç vaxt iki illik sözləşmə bağlamıram. Klubun fəxri prezidenti Orxan Məmmədova təşəkkür edirəm.

O, ilk dəfə gələndə mənə jest etdi. Klub əvvəl elə də çox ödənişli oyunçu götürməyib. Orxan müəllim mənim pulumu öz cibindən vermişdi.

Ona görə də aramızda inciklikdən söz gedə bilməz. Mən hamını və pandemiyadan sonra klubun vəziyyətini başa düşürəm. Yəqin ki, bundan sonra klublardan təklif gələr".

Hüseynov sabiq klubu "Qəbələ"yə qayıtma ehtimalı barədə bunları söyləyib: "Hələ ki, mənə zəng edən yoxdur, xəbər yeni çıxıb. Hər bir klubun öz stategiyası varsa, mən nə deyə bilərəm? Futbolda bəzi detallar var, kor-koranə kimi gəldi almaq da düzgün deyil".

Azərbaycan millisinin üzvü "Qəbələ"yə qayıtmaq istəyərsinizmi" sualına belə cavab verib: "Əlbəttə, istəyərəm. "Qəbələ"də çox acılı və sevincli günlər yaşamışıq, yaxşı xatirələrim var. "Zirə"yə gələndə də ürəyim həmişə "Qəbələ" ilə döyünüb. Mütəmadi əlaqə saxlamışıq. Bir-birimizlə münasibətlərimiz yaxşıdır".

Cavid Hüseynov 2016 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi mövsümün əvvəlində "Zirə"yə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"