Kapitan pulda güzəştə getməyib – AYRILIĞIN MOTİVİ

13 İyul 2020 17:10 Zirə 1 525
Kapitan pulda güzəştə getməyib – AYRILIĞIN MOTİVİ

Bir qədər öncə açıqlandığı kimi, "Zirə" kapitanı Cavid Hüseynovla yolları ayırıb.

32 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Millimizin üzvü 2019-cu ilin iyun ayından "Zirə"də çıxış edirdi. Onun qəsəbə klubu ilə gələn ilin yayına qədər sözləşməsi var idi. Tərəflərin yollarını ayırması maddi amillərlə bağlıdır.

Başqa bir səbəb yoxdur. Cavidə nə başqa bir sərfəli təklif gəlib, nə də rəhbərliklə problem yaşayıb. Onun idarəçilərlə münasibəti yaxşı və yerində olub.

Sadəcə, Hüseynov maaşının azaldılması şərtini qəbul etməyib. Məlumat üçün bildirək ki, ötən yay «Qəbələ»dən gələn təcrübəli futbolçu «Zirə»də keçirdiyi ilk mövsümdə 220 min manat qazanıb.

Həmin məbləğin 50 minini bəribaşdan alıb, qalan vəsait isə aylar üzrə bölünüb. Büdcəni azaldan «qartallar» ondan güzəşt gözləyib, lakin Cavid bu təklifi geri çevirib, nəticədə tərəflər yolları ayırmağı qərara alıb.

SPORTİNFO.AZ

Xəbər Lenti