"Zirə"nin sükanı arxasına növbəti namizəd

12 İyul 2020 16:40 Zirə 2 171
"Zirə"nin sükanı arxasına növbəti namizəd

Zaur Həşimovla vidalaşan «Zirə»nin baş məşqçi postuna daha bir namizəd var.

Sportinfo.az-ın məlumatına görə, «qartallar» Ramin Quliyevi gündəminə alıb.

U-17 yığmasının sabiq baş məşqçisi ötən ilin payızından etibarən «Sabah»da çalışır. İqor Ponomaryov və Jelko Sopiçin korpusunda yer alan gənc mütəxəssis əvvəllər də «Qəbələ»də iş praktikası toplayıb.

Hazırda «Zirə»nin sükanı arxasına postuna onunla yanaşı, Ayxan Abbasov və Aftandil Hacıyev də namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!