"Zirə" hamıdan aldı - XAL

9 İyul 2020 19:02 Zirə 648
"Zirə" hamıdan aldı - XAL

"Zirə” koronavirus pandemiyası üzündən yarımçıq başa çatan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb.

Sportinfo.az xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə qarşılaşmalarda əldə edib.

"Qartallar” "Səbail”dən daha çox – 6 xal alıb. Futbolçuların ən çox – 7 top vurduğu rəqib də bu komandadır.

"Zirə”nin uduzmadığı yeganə komanda "Sabah”dır. Bu rəqiblə paytaxt duellərində komanda aktivinə 5 xal yazıb. "Sumqayıt”la matçlarda isə 4 xal qazanılıb.

Paytaxt təmsilçisi cari mövsümdə 7 rəqibdən biri – "Neftçi” ilə iki dəfə, digər komandalarla üç dəfə üz-üzə gəlib.

Digər Xəbərlər
Xəbər Lenti