"Zirə"nin sahibi məşhur şirkəti yenidən futbola qaytardı

3 İyul 2020 18:20 Zirə 1 620
"Zirə"nin sahibi məşhur şirkəti yenidən futbola qaytardı

«Bakcell» yenidən ölkənin futbol sferasına dönüb.

Sportinfo.az-ın məlumatına görə, bu, «Zirə»nin fəxri prezidenti Orxan Məmmədovun böyük və gərgin səyi nəticəsində baş verib.

Belə ki, ölkənin ən böyük mobil operatorlarından sayılan şirkət qəsəbə klubu ilə əməkdaşlığını davam etdirmək qərarı alıb.

«Bakcell»in cari ilin əvvəlindən etibarən futbol yönümlü fəaliyyətini dayandırmasını qeyd edək. Şirkət artıq fikrindən daşınıb və «Zirə» ilə 1 illik yeni sponsorluq müqaviləsi bağlayıb.

Xəbər Lenti