Razılıq verin, maaşınızı azaldaq, özünüzü də saxlayaq

2 İyul 2020 14:08 Zirə 1 153
Razılıq verin, maaşınızı azaldaq, özünüzü də saxlayaq

Zaur Həşimovu baş məşqçi postundan, bir neçə futbolçunu düşərgədən uzaqlaşdıran «Zirə»də islahatların ikinci mərhələsinə start verilib.

Sportinfo.az-ın məlumatına görə, «qartallar» maaşı yüksək olan oyunçulara müqavilə şərtlərinə yenidən baxmağı təklif edib.

Cavid Hüseynov, Ağabala Ramazanov, Davit Volkov və Riçard Qadze kimi əməkhaqqısı yuxarı olanlar bura daxildir. Gələnilki büdcəsi 2 milyon manata yaxın düşən qəsəbə təmsilçisi onlardan güzəşt istəyib.

Maraq üçün qeyd edək ki, Cavid ötən yay 2 illik kontrakta imza atıb. Hər mövsüm üçün alacağı 220 min manat təşkil edir. Bu məbləğin 50 mini hər dəfə ona bəribaşdan ödənilir, qalan məbləğ isə aylar üzrə bölünür.

Bu ilin əvvəlində 1,5 illik müqaviləyə qol çəkən Volkov gernidə qalan aylar üçün 7500 dollar məvacib alıb. Növbəti sezon üçün bu rəqəm 10000 dollardan hesablanacaq.

Ramazanova gəlincə, qış fasiləsində «Səbail»dən gələn hücumçunun əməkhaqqısının 18000 manat olması barədə xəbərlər var. Qadzedə bu rəqəm bir qədər aşağıdır, amma «Zirə»nin yeni standartlarına görə yenə də çoxdur.

Digər Xəbərlər
Xəbər Lenti