"Zirə"nin baş məşqçi postuna 2 ƏSAS NAMİZƏD

30 İyun 2020 18:34 Zirə 1 613
"Zirə"nin baş məşqçi postuna 2 ƏSAS NAMİZƏD

Bir qədər öncə xəbər verildiyi kimi, "Zirə" baş məşqçisi Zaur Həmişovla yolları ayırıb.

Klub saytının yaydığı məlumata görə, rəhbərlik və Zaur Həşimov arasında görüş keçirilib.

Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.

"Zirə" PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

"Zirə" Z.Həşimovun rəhbərliyi altında koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 23 xalla 5-ci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.

O, 2019-cu ilin oktyabrında Bakı təmsilçisinə baş məşqçi təyin edilmişdi. Samir Abbasovun yerinə. Həmin vaxt «Qəbələ»dən dəvət olunan mütəxəssisi indi kimin əvəzləyəcəyi böyük maraq doğurur.

Lakin qısa zamanda bu məsələyə aydınlıq gəlməsi gözlənilmir. Güman ki, klub idarəçiləri hələ bir müddət səbrini basacaq. Bu gün üçün əsas namizədlər Ayxan Abbasovla Aftandil Hacıyevdir.

Abbasovun «Sumqayıt», Hacıyevin «Səbail»lə müqaviləsi başa çatıb, başqa sözlə, ikisi də sərbəstdir. Ayxan bəy əvvəllər də burada işləyib. 2015-cü ilin mariında Adil Şükürovun köməkçisi kimi fəaliyyətə başlayıb.

2017-ci ilin dekabrında sükan arxasına keçib və 2018-ci ilin avqustuna kimi işini davam etdirib. «Qartallar» ən ciddi nailiyyətini onun rəhbərliyi altında qazanıb. Belə ki, Avropa Liqasına yüksələn komanda ilk mərhələni keçib.

Hacıyevin də avrokubok təcrübəsi var. «Səbail»in onunla ötən yay Avropa Liqasında iştirakını xatırladaq. Hazırda həm «Sumqayıt», həm də «Səbail»də maliyyə çatışmazlığı var. «Zirə»də bu mənada vəziyyət normaldır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”