Azərbaycan klubunun baş məşqçi qərarı dəyişdi, ayrıldı

30 İyun 2020 16:42 Zirə 1 654
Azərbaycan klubunun baş məşqçi qərarı dəyişdi, ayrıldı

«Zirə» rəhbərliyi Zaur Həşimovla yolları ayırıb.

Sportinfo.az-ın məlumatına görə, onunbla bağlı qərarın qəfildən dəyişməsi birbaşa maliyyə məsələləri ilə bağlıdır.

Halbuki, onunla əməkdaşlığın davam etdirilməsi 1 gün öncə razılaşdırılmışdı. İndi isə məlum olur ki, komandanın büdcəsi 2 milyon manatadək azaldılıb.

Geridə qalan mövsümlə müqayisə etsək, bu, iki dəfə aşağıdır. Həşimovdan gəncləşdirmə siyasətinə keçmək tələb olunub. Ondan yüksəködənişli legionerlərlə yanaşı, yaşlı yerli futbolçuları göndərməsi istənilib.

Əvəzində isə məqsəd dəyişməz qalıb – gələn yay avrokuboklara vəsiqə qazanmaq.

Ötən ilin sentyabrında «Qəbələ»dən gələn çalışdırıcı bu məsuliyyətin altına girmək istəmədiyindən, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!