"Zirə" rəhbərliyi VACİB QƏRAR VERDİ – İki səbəb üzündən…

24 İyun 2020 09:28 Zirə 1 134
"Zirə" rəhbərliyi VACİB QƏRAR VERDİ – İki səbəb üzündən…

«Zirə»nin yeni mövsümlə bağlı planlarına qismən aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisinin büdcəsi azaldılıb.

Bunun 2 səbəbi var. Birincisi, komandanın qarşısına qoyulan məqnsədə çatmamasıdır.

Avrokuboklara vəsiqə qazana bilməyən «qartallar»ın belə bir xəbər eşitməsi normaldır. Əvvəl Samir Abasov, ardınca Zaur Həşimov ona bəslənilən ümidləri doğrultmadı, uğursuz transferlər həyata keçirildi, nizam-intizam tədbirləri axsadı.

İkinci səbəb koronavirus pandemiyasının klubun sponsorlarını maliyyə itkisisinə uğratmasıdır. Onlar öncəkitək pul qazanmır və təbii ki, «Zirə»yə də büdcə ayırmağa çətinlik çəkirlər.

Digər Xəbərlər
Xəbər Lenti