Qurban Qurbanov “Zirə“nin xahişini yerə salmadı

20 İyun 2020 09:28 Zirə 1 802
Qurban Qurbanov “Zirə“nin xahişini yerə salmadı

Bu gün “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.

Saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq və “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Sportinfo.az-ın məlumatına görə, tədbirdən öncə “Qarabağ“ın meydana çıxması planlaşdırılır. Belə ki, “Zirə“ Ağdaim klubuna yoxlama matçı keçirməyi təklif edib. Qurban Qurbanov dünən Bakı Olimpiya Stadionunda sonuncu dəfə məşqə çıxan “qartallar“ın bu çağırışına müsbət yanaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!