Gələn mövsümə qaldı - "Zirə"nin kapitanının cəzas

19 İyun 2020 10:52 Zirə 752
Gələn mövsümə qaldı - "Zirə"nin kapitanının cəzas

Azərbaycan Premyer Liqasının başa çatan mövsümdən qalan sarı vərəqə cəzaları silinəcək.

Sportinfo.az xəbər verir ki, bu, yeni - 2020/2021 mövsümü üçün yalnız qırmızı vərəqələr qüvvədə qalacaq.

2019/2020 mövsümündə yalnız "Zirə"nin kapitanı Cavid Hüseynov 4 oyunluq cəzasını tam çəkməyib.

31 yaşlı yarımmüdafiəçi XVII turda "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşdə baş hakim Rəhim Həsənovu təhqir edib və 4 oyunluq cəza alıb. Premyer Liqa XX turda dayandırıldığından, Hüseynov qalan 1 matçlıq cəzasını 2020/2021 mövsümünün ilk turunda çəkəcək.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən "Qarabağ" mövsümün qalibi olub. "Neftçi" gümüş, "Keşlə" isə bürünc medala sahib olub. 5-ci yeri tutan "Zirə" "Sumqayıt"la eyni xala malik olsa da, avrokuboklardan kənarda qalıb. Əvəzində "gənclik şəhəri" təmsilçisi top fərqində daha üstün olduğu üçün Avropa Liqasına vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti