"Qarabağ"ın keçmiş "ev"i "Zirə"nin ixtiyarına verildi

17 İyun 2020 17:52 Zirə 1 322
"Qarabağ"ın keçmiş "ev"i "Zirə"nin ixtiyarına verildi

«Zirə» yeni bazaya köçüb.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Qara Qarayev metrosu yaxınlığında yerləşən «Ruslan-93»ü icarəyə götürüb.

Anlaşma ilkin olaraq 2 aylıq nəzərədə tutulub. Sözügedən baza uzun illər «Qarabağ»ın istifadəsində olub. «Zirə»lilər burada qalmaqla yanaşı, gündə 3 dəfə yeməklə təmin edilir.

Komandanın Zirəyə dönməməsinin səbəbi həm yolun uzaqlığı, həm də «Ruslan-93»də qiymətlərin daha münasib olmasıyla əlaqədardır. Planlarda bir dəyişiklik baş verməsə, «qartallar» gələn mövsümə də yeni məkanda hazırlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”