Baş məşqçi ilə mübahisə etdi, müqaviləsini uzatmadı

16 İyun 2020 16:14 Zirə 1 075
Baş məşqçi ilə mübahisə etdi, müqaviləsini uzatmadı

Ötən mövsümdən «Zirə»də olan Orxan Sadıqlı buradan ayrılıb.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb qapıçının baş məşqçi Zaur Həşimovla mübahisə etməsidir.

«Xəzər Lənkəran»dakı çıxışıyla tanınan kiper daha ehtiyatda qalmaq istəmədiyindən, müqaviləsinin müddətini uzatmayıb.

Emil Balayevin gəlişindən sonra forma şansı qazanmayacağına əmin olan Sadıqlı Həşimova öz narazılığını bildirib və məşqlərdə iştirakdan imtina edib.

«Qartallar» ötən həftədən çalışmalara başlasa da, Orxan hazırlıq prosesinə qatılmayıb.

O, baş məşqçini saymayan yeganə futbolçu deyil. burada Həşimovu dinləyəni barmaqla göstərmək olar. İki-üç futbolçu gənc mütəxəssisi ciddiyə alsa, böyük işdir.

Təəssüf, Zaur bəy «Zirə» kimi iddialı klubda özünə yer etməyi hələ də bacarmayıb. Düşərgədəkilərin əksəriyyəti onu «müqəvva» olaraq qəbul edir. Təqsir, əlbəttə ki, Həşimovun özündədir.

İlk gündən özünü elə aparıb və elə tanıdıb ki, kollektiv baş menecer Elman Himayətoğluna daha hörmətlə yanaşır, nəinki ona. Komanda üzvlərində belə bir təsəvvür yaranıb ki, baş məşqçi qərar vermək səlahiyyətində deyil, idarə olunur. Yəni, gizli sex istehsalı olan bir kukla əvəzi…

Xəbər Lenti