“Zirə”nin öyünməyə haqqı var – FOTO-FAKT

14 İyun 2020 12:40 Zirə 753
“Zirə”nin öyünməyə haqqı var – FOTO-FAKT

“Zirə” 2019/20 mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub.

Sportinfo.az xəbər verir ki, “qartallar” “Səbail”lə görüşdə üç, “Sabah”la matçda iki qol vurubsa, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib.

2016/17 mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən Premyer Liqada III dövrənin ilk 6 oyunu üçün komandanın rekordudur. Beləcə, qəsəbə futbolçuları 3 il əvvəlki göstəricini təkrarlayıb.

“Zirə” yalnız 2016/17 mövsümündə III dövrənin 6 matçında 7 qol vurub. Digər iki mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.⁣

III dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan Premyer Liqa iyunun 21-də davam etdirilməsi planlaşdırılır.⁣

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!