"Zirə"nin baş məşqçisi uduzmaqlarına niyə sevinir?

14 İyun 2020 10:40 Zirə 1 352
"Zirə"nin baş məşqçisi uduzmaqlarına niyə sevinir?

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sabah"a 0:1 hesab ilə uduzduqları yoxlama oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, matçla bağlı deyib:

"Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik. 3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım.

Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq".

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!