"Yalnız baş məşqçi ilə problemim oldu" – GEDƏN LEGİONER.

12 İyun 2020 15:04 Zirə 555
"Yalnız baş məşqçi ilə problemim oldu" – GEDƏN LEGİONER.

Sportinfo.az bugünlərdə "Zirə"dən ayrılan yunanıstanlı müdafiəçi Anastasios Papazoqlunun müsahibəsini təqdim edir:

- "Zirə"dən ayrılmağınıza səbəb nə oldu?

- Yeni baş məşqçi təyin olunandan sonra mühit dəyişdi. Komandada faktiki rolum yox idi. Əsas komandadan kənarlaşdırıldım və yalnız əvəvedicilərlə məşq etməyə məcbur oldum. Yenidən heyətə qayıtmaq üçün mübarizə aparmalı idim. Həmin vaxt "Zirə"dən ayrılmaq istəmirdim, amma klubun bütün qərarlarına əməl etməli idim.

- Qəsəbə təmsilçisindən hansı təəssüratlarla ayrılırsınız?

- Kluba hörmətim var. Komanda ilə bağlı təəssüratlarım yaxşı olaraq qalacaq. Problem başqa bir yerdədir. Sevinirəm ki, ilk bir neçə ayda diqqətəlayiq insan və baş məşqçi Samir Abasovla işləmək şansım oldu.

- Kiminlə probleminiz var idi?

- Komanda yoldaşlarım və klubun nümayəndələri ilə şəxsi münaqişələrim və ya problemlərim olmayıb.

- Baş məşqçi Zaur Həşimovla probeminiz oldu?

- Keçmişdə Ernesto Valverde, Leonardu Jardim, Mirça Luçesku kimi böyük baş məşqçilərlə işləmişəm. Peşəkar futbolçu olaraq Zaur Həşimova və qərarlarına hər zaman hörmət edirəm. O, ilk dəfə "Zirə"də baş məşqçi kimi işləyir. Mənə qarşı fərdi davranışının heç də ədalətli olmadığını gözardı edə bilmirəm. Bu cür qeyri-bərabər rəftarı qanuni səbəblərlə əsaslandırılmadığı üçün məyusam. Səhv etdiyimə dair hansısa izahat verilmədi. Komandada heç kiminlə problem yaşamadım, hər kəslə yaxşı münasibətim var. Eyni zamanda yaxşı dostlar qazandım. Görünən odur ki, yalnız baş məşqçi ilə problemim olub.

- Niyə sizə oynamaq üçün şans verilmədi?

- Bu sualın cavabını mən də bilmirəm. Əvvəldən qeyd etdiyim kimi, bu, baş məşqçi ilə bağlı məsələ idi. Aydın görünür ki, mənə şans vermək istəmirdi.

- Yunanıstan mətbuatına qalmaqallı müsahibə vermişdiniz. Hətta bunun üçün klubun sizi cəzalandırdığı deyilirdi...

- Heç vaxt qalmaqallı müsahibə vermirəm. Həmin müsahibənin qalmaqallı olduğunu ilk dəfə sizdən eşidirəm. Həm klub, həm də Azərbaycan xalqı üçün deyəcək xoş sözlərim çoxdur.

- Gələcək karyeranızla bağlı qərar vermisiniz?

- Hazırda yalnız ailəmin yanına qayıtmaq istəyirəm. Digər məsələlərin necə olacağını zamanla görəcəyik (report).

Digər Xəbərlər
Xəbər Lenti