"Zirə"ni iş başında yoxladılar - FOTOREPORTAJ

11 İyun 2020 14:22 Zirə 646
"Zirə"ni iş başında yoxladılar - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün son 8 turuna hazırlaşan “Zirə” və “Səbail” bu gün yoxlama görüşündə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq “istirahət”ə son qoyub.

Zirə İdman Kompleksinin meydançasında baş tutan qəsəbə təmsilçilərinin duelinə zirəlilər fəal başlayıblar. Komanda erkən qolla hesabı açmasına baxmayaraq, rəqib fasiləyə qədər bərabərlik topunu vurub. Hətta ikinci hissənin əvvəlində "Səbail" önə də keçib. Lakin sona 20 dəqiqə qalmış zirəlilər status-kvonu bərpa ediblər - 2:2.

18:00. “Zirə” - “Səbail” 2:2
Qollar: Ağabala Ramazanov, 16; Mfo Kqasvane, 70 - Maykl Essyen, 30; Turan Manafov, 49
Zirə İdman Kompleksinin meydançası

Digər Xəbərlər
Xəbər Lenti