Rəşad Sadıqova baş məşqçi postu təklif olundu – SÜRPRİZ GƏLİŞMƏ

10 İyun 2020 12:44 Zirə 2 147
Rəşad Sadıqova baş məşqçi postu təklif olundu – SÜRPRİZ GƏLİŞMƏ

Premyer Liqada mövsümə vaxtından əvvəl yekun vurulsa və «Zirə» avrokuboklardan kənarda qalsa…

Böyük ehtimalla, baş məşqçi yenə dəyişəcək.

Sezona Samir Abasovla start verən, 8 turdan sonra Zaur Həşimovu «Qəbələ»dən dəvət edən rəhbərlik onun da işindən narazıdır.

Yaradılan hər cür şəraitə rəğmən, gənc çalışdırıcı ona bəslənən ümidlərin altında qalıb.

Doğrudur, «futbol ili» davam etsə, «qartallar» qitə arenasına yollana bilər – istər çempionatda, istərsə də ölkə kubokunda buna şans var, sadəcə, komandadaxili nizam-intizam və seleksiya fəaliyyətindəki uğursuzluq Həşimovu rəsmilərin gözündən salıb.

Onun kollektivin başını və ayağını bir yerə yığacağına güman azdır. Çünki Zaur bəy yumşaq xasiyyəti və işində yol verdiyi çoxsaylı səhvləri ilə etimadı itirib. Onu düşərgədə sayan yoxdur. Varsa da, 2-3 gənc futbolçu olar, ya olmaz.

«Zirə» başbilənlərinin sükan arxasında görmək istədiyi şəxs isə… Futbolçu karyerasını bitirməyə hazırlaşan Rəşad Sadıqovdur. 38 yaşında butsılarını birdəfəlik mıxdan asmaq istəyən «Qarabağ»ın kapitanına artıq belə bir təklif edilib.

Buna kimi «Qarabağ»ın U-19 komandasıyla yanaşı, U-20 və U-21 millilərində müəyyən təcrübə toplamış Sadıqov bu dəvətə «hə» cavabı verərsə, «Zirə» büdcə artımına gedəcək, daha iddialı duruma gələcək. bir sözlə, hər şey ondan asılıdır.

Onu da bilirik ki, klub rəhbərliyi «Pro» kateqoriyalı Sadıqovu razı salmaq üçün çox salışır və nə qədər istəklidirlər.

Və o da bizə məlumdur ki, burada Qurban Qurbanovun fikri əsasdır. «Qarabağ»ın sükançısı kapitanı bundan sonra da öz korpusunda görmək niyyətndədir. Qurbanov komandasını yenə də Sadıqovsuz təsəvvür eləmir və onu birinci köməkçisi təyin etməyi çoxdan qətiləşdirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti