"Premyer Liqa davam etdirilməsə..." - Cavid Hüseynov

10 İyun 2020 09:28 Zirə 987
"Premyer Liqa davam etdirilməsə..." - Cavid Hüseynov

"İndi vəziyyət hər klub üçün fərqlidir. Premyer Liqa davam etdirilməsə, hazırkı turnir cədvəlinə görə, avrokuboklara getməyəcək klublar var. Bu baxımdan vəziyyət fərqlidir"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin kapitanı Cavid Hüseynov deyib.

Yarımmüdafiəçi həftəsonları məşqlərə qadağa qoyulmasına da münasibət bildirib: "Altı və bazar günləri ilə bağlı qadağa bu həftə də, çempionat boyu da davam etsə, həqiqətən çətinliklər olacaq.

Bir gün olsa, təqvimi ona uyğun salmaq olar. Məsələn, elə etmək olar ki, oyun günün səhəri qadağan olunmuş günə düşər. Ancaq hər həftə iki gün qadağa quvvədə olacaqsa, bax bu adamı düşündürür.

Görəsən, bu halda necə olacaq? Nəzərə alaq ki, 3-4 gündən bir oyuna çıxmalıyıq. Oyun səviyyəsi aşağı düşəcək və sürət olmayacaq. Futbolçular maksimum 60 % hazır ola biləcək. Çünki arada 2 gün böyük itkidir".

Xəbər Lenti