"Zirə" rəhbərliyinin yeni TRANSFER SİYAHISI üzə çıxdı

9 İyun 2020 16:28 Zirə 991
"Zirə" rəhbərliyinin yeni TRANSFER SİYAHISI üzə çıxdı

Yeni mövsümün planlarını cızan «Zirə» rəhbərliyi 6 futbolçuya təklif göndərib.

Sportinfo.az-ın məlumatına gbrə, qəsəbə təmsilçisi «Sumqayıt»dan Şəhriyar Əliyevlə Əmir Ağayevin, «Qəbələ»dən Anar Nəzirovla Qismət Alıyevin, «Qarabağ»dan Abbas Hüseynov və «Sabah»dan Şakir Seyidovun xidmətində maraqlıdır.

Klub rəsmiləri düşərgədə kimləri görmək istəməkləri barədə artıq Zaur Həşimovu məlumatlandırıb. Baş məşqçinin transfer məsələlərindən kənarda saxlanılması anlaşılandır.

Çünki gənc çalışdırıcı qışda aldırdığı futbolçularla büdcəyə külli miqdarda ziyan vurub. Onun seleksiya işinin yarıtmazlığı gətirdiyi legionerlərin çıxışından da göründü – heç biri özünü doğurltmadı.

Xəbər Lenti