Peru millisinə dəvət almaq üçün "Zirə"dən ikiəlli yapışıb

8 İyun 2020 11:34 Zirə 631
Peru millisinə dəvət almaq üçün "Zirə"dən ikiəlli yapışıb

“Zirə”nin legioneri Alvaro Ampuero klubla icarə müddəti başa çatmasına baxmayaraq, məşqlərə qoşulub.

Peru mətbuatında yayılan məlumata görə, sol cinah müdafiəçisinin bunda məqsədi sadiqlik nümayiş etdirmək yox, milli komandaya düşməkdir.

Sportinfo.az xəbər verir ki, həmkarlarımız 28 yaşlı oyunçunun koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının qalan matçlarında da iştirak edəcəyini vurğulayıb.

Ampuero bununla əvvəlki formasını yığacağını və yenidən Peru millisinə dəvət ediləcəyini düşünür. “Alvaro Peru millisinin qarşıdakı toplanışına çağırılmaq üçün “Zirə”nin son matçlarında performansını artıracağını bildirdi.

O, futbolun bərpasından sonra yenidən Peru yığmasının formasını geyinəcəyinə ümid edir”, - deyə məqalədə yazılıb.

Alvaro Ampuero müqavilə ilə ölkəsinin “Munisipial” klubuna məxsusdur və “Zirə”də icarə əsasında çıxış edir. Azərbaycan Premyer Liqasının isə iyunun 21-də bərpası planlaşdırılır.

Xəbər Lenti