"Birinci məşq üçün futbolçular pis təsir bağışlamadılar. Adətən, ilk məşqdə hamı enerjili olur.
Yorğunluq olandan sonra kim hansı səviyyədə hazırlıqlıdı üzə çıxır"
Bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Sportinfo.az-a açıqlamsında deyib.
Gənc baş məşqçi fasilədən artıq çəki ilə qayıdanların olduğunu bildirib: "Fasilədə kim daha çox çalışıb, çəkidən bilmək olur. Çəkisin artıran futbolçular var. Amma çox deyil. 2-3 nəfər belə futbolçu var ki, çəkisində fərq var".

