Cavid Hüseynov: "Təklif gəlsə, istərdim orada oynayım"

16 May 2020 13:54 Zirə 981
Cavid Hüseynov: "Təklif gəlsə, istərdim orada oynayım"

"Baş verənləri mətbuatdan izləyirik. Bu gedişatla ölkə çempionatının bərpa olması söhbəti bitir. Mənə elə gəlir ki, heç çempionat davam etdirilməyəcək. Gedişat bunu göstərir"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Əgər çempionat hazırkı turnir cəvəlinə görə başa çatdırılarsa, "Zirə" avrokuboklardan kənarda qalacaq. Kapitan bu vəziyyətin onun gələcək karyerasına təsir etməyəcəyini bildirib:

"İnanmıram ki, avrokuboklardan kənarda qalmağın gələcəyimlə bağlı hansısa təsiri olsun. Çünki "Zirə" ilə iki illik müqavilə bağlamışdım. Hələ bir il müqaviləm qalır. Bu haqda düşünmürəm"

Artıq uzun müddətdir Tovuzun "Turan" klubunun növbəti ildən Premyer Liqada çıxış edəcəyi deyilir. Artıq indidən Elvin Məmədov, Cavid Hüseynov kimi futbolçuların "Turan"a qayıdacağı müzakirə olunur.

Keçmiş "Turan"lı futbolçu isə hazırda bunun real olmadığını dilə gətirib: "İlk olaraq buna sevinərəm. Təki "Turan" da gəlsin, "Kəpəz" də gəlsin. Ümumən klubların sayının artması sevindiricidir. Eləcə də mənə doğma olan "Turan"ın qayıtması.

Amma bu deyilənlər şayədir. Yazıllar ki, güya danışıqlar olub. Təklif gələrsə, istərdim orda oynayım. Ancaq hazırda "Zirə"dəyəm və müqaviləm var. Hazırkı vəziyyətdə bu real bir şey deyil".

Digər Xəbərlər
Xəbər Lenti