“Zirə”nin gözü hələ də “Xəzər Lənkəran“ı axtarır

13 May 19:00 Zirə 295
“Zirə”nin gözü hələ də “Xəzər Lənkəran“ı axtarır

Azərbaycan Premyer Liqasında 5-ci mövsümünü keçirən “Zirə” indiyədək 11 rəqiblə qarşılaşıb.

Sportinfo.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, “qartallar” 4 komanda ilə daha çox – hərəsi ilə 19 dəfə üz-üzə gəlib.

Bunlar “Sumqayıt”, “Keşlə”, “Qəbələ” və “Qarabağ”dır. “Zirə”nin ən çox qalib gəldiyi rəqib “Sumqayıt”dır – 10 dəfə. Komandanın ən çox qol vurduğu, ən yaxşı top fərqinə malik olduğu və xal qazandığı rəqib də “Gənclik şəhəri” təmsilçisidir. “Qəbələ” və “Keşlə” ilə görüşlərdə isə daha çox – 8 heç-heçə qeydə alınıb.

“Zirə” üçün ən münasib rəqib “Xəzər Lənkəran” olub. “Qartallar” bu rəqiblə görüşlərdə 100 faizlik nəticə göstərib: 4 oyunda 4 qələbə

“Zirə”nin Premyer Liqadakı rəqibləri

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...