Bu baş məşqçinin ayaq səsləri "Zirə"də eşidilir…

21 Aprel 2020 19:00 Zirə 933
Bu baş məşqçinin ayaq səsləri "Zirə"də eşidilir…

«Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov nö.vbəti mövsümdən yenidən «Zirə»nin smükanı arxasına keçə bilər.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubunun fəxri prezidenti adıçəkilən mütəxəssisi geri qaytarmaq niyyətindədir.

Abbasov ötən mövsümün ilk dövrəsindən sonra «kimyaçılar»ı çalışdırır. Nazim Süleymanovu əvəzləyən «Pro» kateqoriyalı məşqçi «Sumqayıt»ı tarixində ilk dəfə ölkə kubokunun finalına daşıyıb. Komanda hazırda da avrokuboklara vəsiqə qazanmağa şanslıdır.

«Zirə» onunla 3-cü turdan sonra yolları ayrılmışdı. Samir Abasovla yoluna davam edən «qartallar» keçən sezonu uğursuz başa vurdu. Transmferlərə böyük büdcənin arylımasına baxmayaraq, o, qarşısına qoyulan məqsədə çatmadı.

Daim futbolçularla qalmaqal yaşadı, düşərgədə olan hər kəsi özündən incik saldı. Nəticədə «qartallar» cari «futbol ili»nə də pis start verdi. Belədə rəhbərlik 8 turdan sonra Samir Abasovu göndərib, Zaur Həşimovu «Qəbələ2dən dəvət etmək məcburiyyətində qaldı.

Gəl ki, işləri qaydasına salmaq hələ də mümkün olmayıb. Həşimovun baş məşqçi kimi təcrübəsi azdır və geridə qalan zaman sübut etdi ki, o, bu yükü qaldırmaq potensialı daşımır.

Ayxan Abbasov həm təcrübəlidir, həm də «Zirə»ni yaxşı tanıyır. «Qartallar»ın əsas uğurları onun adıyla bağlıdır. Komanda onun rəhbərliyi altında ilk dəfə avrokuboklarda iştirak edib və mərhələ adlayıb.

«Zirə» bir neçə ay əvvəl Abbasovu geri qaytarmaq üçün hərəkətə keçsə də, o, «Sumqayıt»da yarıyolda qoymayaraq, gələn təklifləri dəyərləndirməyi yaya saxlamışdı. Yayın hənirtisi isə indi qapının ağzındadır…

Digər Xəbərlər
Xəbər Lenti