"Zirə" deyir, mənə lazımsan

14 Aprel 2020 12:45 Zirə 1 380
"Zirə" deyir, mənə lazımsan

"Zirə" ötən ilin oktyabrında ikinci dəfə heyətinə qatdığı Riçard Qadze ilə bağlı mövqeyini qətiləşdirib.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi qanalı hücumçusuna ölkə xaricindən gələn təkliflərin heç birini qəbul etməyib.

Afrikalı legioner daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə"də çıxış edib. O, son olaraq Rumıniyada - "Voluntari"də forma geyinib. Qadze bu dönüşündə "qartallar"la 1+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti