Sevgilisi "Zirə"nin futbolçusunu Tottiyə qısqanıb? - FOTO

11 Aprel 2020 18:34 Zirə 866
Sevgilisi "Zirə"nin futbolçusunu Tottiyə qısqanıb? - FOTO

"Romadakı "Olimpiya" stadionu və azarkeşləri möhtəşəmdir. Özünüzü tam adrenalinli hiss edirsiniz və ulduzlara qarşı çıxış etmək xüsusi motivasiya verir".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin müdafiəçisi Alvaro Ampuero deyib.

2013-2014-cü illərdə "Parma"da çıxış edən perulu futbolçu "Roma"ya qarşı keçirilən A seriyası matçında rəqibin əfsanəvi kapitanı Françesko Totti ilə top uğrunda mübarizə apararkən çəkilən fotonun tarixçəsini danışıb.

Alvaro Ampuero hazırda "Zirə"də icarə əsasında çıxış edir və müqavilə ilə "Munisipial"a məxsusdur. 28 yaşlı sol cinah oyunçusu həmin an hədəfinə çatdığını bildirib:

"Totti ilə meydanda danışmadım, formasını mənə vermədi. Açığı, heç mən də bunu istəmədim. Oyunsonrası digər futbolçular formalarını dəyişirdilər. Ehtiyat oyunçular skamyasında öz-özümə dedim ki, burada oynamaq arzusunu artıq yerinə yetirdim,

Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti