"Zirə"də daha bir SPONSOR – Klubun iddiası artır

11 Aprel 2020 16:56 Zirə 1 494
"Zirə"də daha bir SPONSOR – Klubun iddiası artır

Orxan Məmmədov fəxri prezidenti olduğu «Zirə»ni sevindirib.

Sportinfo.az-ın məlumatına görə, yeni mövsümdən etibarən klubun himayədarlarının sırası bir qədər də genişlənəcək.

Qarşısına böyük məqsədlər qoyan «qartallar»ın siyahısına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də daxil olacaq.

Maraq üçün qeyd edək ki, O.Məmmədov KOBİA-nın İdarə Heyətinin sədridir.

Məlumat üçün onu da bildirək ki, hazırda qəsəbə təmsilçisi ilə tərəfdaşlıq edən şirkətlərin sayı 5-dir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!