"Xəzər Lənkəran" azarkeşləri inanılmaz dərəcədə fantastik idi"

10 Aprel 2020 15:32 Zirə 983
"Xəzər Lənkəran" azarkeşləri inanılmaz dərəcədə fantastik idi"

"Zirə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake Sportinfo.az-a müsahibə verib

- 10 il bir ölkəyə bağlanmaq üçün kifayət qədər uzun müddətdir. Azərbaycanı ikinci vətənin sayırsanmı?

- Azərbaycanı öz evim kimi qəbul edirəm. Azerbaycan çempionatında Rumıniyadan daha çox oyun oynamışam. Burada çalışdığım insanlar və futbolun özü hər zaman ürəyimdə qalacaq.

- Müdafiəçi olsan da qol vurmaqla aran pis deyil. Olmuya, futbola hücumçu kimi başlamısan?

- Azərbaycan, Rumıniya çempionatları və avropa kuboklardakı oyunlar da daxil bütün oyunlarda 30 qol vurmuşam. Bu, hər müdafiəçi üçün bir üstünlükdür. Gənclər millisində və "Dinamo Buxarest"də bir neçə oyun yarımmüdafiəçi kimi çıxış etmişəm.

- Avropalılar adətən bizim yağlı yeməklərdən qaçırlar. Sizin Azərbaycan mətbəxinə münasibətiniz və Rumıniya mətbəxi ilə müqayisəniz necədir?

- Rumıniya mətbəxi Azərbaycan mətbəxinə bənzəyir. Çunki bizim mətbəximiz türkcəyə oxşardı. Mənim uzun illər Azərbaycanda oynamağımın ümumi tərəfləri çoxdur. Buradakı hər şeyə çox sürətlə uyğunlaşıram. Azərbaycanda həyat gözəldir və mənim ikinci evimdir. Burada da çoxlu dostum var.

- Övladınız Bakıda dünyaya gəlib. Gələcəkdə Azərbaycan dilini öyrətmək fikrin var?

- Oğlum Bakıda Mərkəzi Klinikada anadan olub və 18 yaşından sonra ona vətəndaşlıq almaq istəyirəm. Azərbaycan dilini çox yaxşı başa düşürəm, normal söhbət edə bilirəm. Biz Rumıniyada latınlarıq, buna görə də türk, rus Azərbaycan dilləri bizim üçün çox çətindir. İngilis, İspan, İtalyan, Portuqaliya və Fransızca çox yaxşı danışıram. Bu dillər mənim üçün daha asandır.

- Ölkəmizdə olduğun müddətdə 200-ə yaxın görüşdə meydana çıxmısan. Özün üçün hələ də xatırladığın hansısa oyun varmı?

- Düşünürəm ki, ən əhəmiyyətli və gözəl oyun 2013-cü il "Neftçi" ilə kubokun finalı idi. Tofiq Bayramov azarkeşlərlə dolu idi. Amma məğlub olduq. Bundan başqa da xatırladığım oyunlar çoxdur. 2011-ci il Rednik ilə kuboku qazandıq. Ən gözəli Lənkəran azarkeşləri idi. Ordakı oyunlarda atmosfer çox gözəl olurdu. 2 il əvvəl "Keşlə"lə ilə oynadığım final da gözəl xatirələrdəndi.

- Bir çox məşqçilərlə işləmisən. Hazırkı baş məşqçin Zaur Həşimovu onlardan fərqləndirən cəhətlər hansıdır?

- Məncə, Zaur Həşimov çox iddialıdır. Və gənc məşqçi kimi yüksək motivasiyaya sahibdir. Məşqçi kimi yaxşı gələcəyi ola bilər. O, müasir futbolu da yaxşı başa düşür. Gələcəkdə maraqlı məşqçi olacaq.

- Bəzən elə rəqib olur ki, ona qarşı oyunlara xüsusi və daha amansız hazırlaşırsan. Karyeranda belə bir rəqib olubmu?

- "Xəzər Lənkəran"da olduğum vaxtlar "Neftçi" qarşı oynamağım çox vacib idi. Oyuna bir həftə əvvəldən hazırlaşmaq lazım idi.

- Rumıniyanın aşağı yaş millilərində çıxış etmisən. Bəs əsas milliyə çağrılmağına nə mane oldu?

- Gənc olduğum zaman Rumıniya millisində oynamaq çox çətin idi. Yaxşı oyunçuların sayı çox idi. Heyətdə Chivu, Mutu kimi oyunçular yer alırdı. Adıçəkilən futbolçular A Seriyası, Bundesliqa və La Liqa kimi çempionatlarda çıxış edirdilər. Son illər Avropa Liqasının qruplarında da oynamıram. Buna görə mənim milliyə çağırılmağım çətindir

- "Keşlə"dən ayrılıb "Zirə"yə gəlişiniz gözlənilməz oldu ...

- "Zirə"yə gəlməmişdən əvvəl klubla bağlı yalnız yaxşı şeylər eşitmişdim. "Keşlə"də özümü çox yaxşı hiss edirdim, hər şey çox yaxşı gedirdi. Yalnız o dövrdəki məşqçi Milinkoviç mənə inanmadı və onunla danışıb getmək istədiyimi söylədim. "Keşlə"nin prezidenti Zaur Axundov mənə kömək etdi, başa düşdü və məni buraxdı. "Zirə" də məşqçi işləyən Ayxan Abasova təşəkkür edirəm, o məni istədi və bura gətirdi. Ondan sonra komandamıza gələn Samir Abbasova da böyük hörmətim var. Fikrimcə hər ikisi də çox yaxşı məşqçidir.

- Geriyə dönüb baxarkən, karyeranla bağlı atdığın hansısa addıma görə peşman olursanmı?

- 2009-2010-cu illərdə Bundesliqada çıxış edən "Energi Cotbuss"a transfer olmaq üçün çox yaxşı bir şansım var idi. Bir agent və bəzi komisiyalar səbəbindən transferim baş tutmadı. Bəlkə də indi Bundesliqada çıxış edirdim. Ancaq hazırda ailəm və körpəm sağlam olduğu üçün Allaha minnətdaram. Bu ən vacibdir.

- Ölkəmizdəki ilk klubun olan "Xəzər Lənkəran" bir neçə il əvvəl fəaliyyətin dayandırsa da, hələ də hər kəs o klubu xatırlayır. Səncə, buna səbəb nədir?

- Əlbətdə hamı xatırlayır, çünki ən çox fanatı olan klub idi. Azarkeşlər inanılmaz dərəcədə fantastik idilər. Onları fanatik olan rumıniyalı azarkeşlərlə müqayisə edə bilərəm. Məni orada sevirdilər və hər şey üçün onlara çox minnətdaram. Lənkərandakı bütün illərim çox gözəl idi.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti