"Buna nail olmaq üçün "Zirə"də qalmaq istəyirəm"

2 Aprel 2020 18:34 Zirə 508
"Buna nail olmaq üçün "Zirə"də qalmaq istəyirəm"

"Zirə"nin Syerra-leone əsilli ingilis müdafiəçisi Sportinfo.az-a müsahibə verib

- Koronavirusa görə, həm sevdiyin peşəndən uzaqdasan, həm də ailəndən. Belə vəziyyətdə yaşamaq çox çətindi?

- Bəli, hamımız üçün çox çətin bir vəziyyətdir, amma ən əsası hər kəsin sağlamlığıdır.

- Bəzi insanlar hələ də baş verənlərə qeyri-ciddi yanaşır. Bəs sən necə?

- Bu vəziyyətə çox ciddi yanaşıram, çünki insanlar həyatlarını itirirlər, buna görə hamı evdə qalmalıdır.

- Yəqin ki, ailənlə davamlı olaraq əlaqə saxlayırsan. Ölkəndə vəziyyət necədir?

- Böyük Britaniyada virus çox sürətlə yayılır və çox sayda ölən insan var. Amma şükür ailəm hazırda təhlükəsizdir.

- Fasilə müddətində daha çox nələrə diqqət edirsən ki, mümkün qədər formada qala biləsən?

- Günün sonunda peşəkar bir idmançıyam, buna görə hər gün formada qalmaq və özümü yaxşılaşdırmaq üçün hər şeyi edirəm. Fasilədən sonra hazır olacağıma əminəm.

- Artıq "Zirə"nin heyətində 6 oyunda meydanda olmusan. Azərbaycan çempionatı ilə bağlı düşüncələrin necədir?

- Yaxşı çempionatdır və komandaların çoxunun oxşar olduğunu düşünürəm. Burda komandaların arasında rəqabət güclüdür.

- "Zirə" ilə 1.5 illik müqavilə bağlamısan. Komandan avrokuboklara vəsiqə qazanmasa, müqavilə müddətinə görə peşman olmayacaqsan?

- Xeyr, təəssüflənməyəcəm. Məqsədimizin nə olduğunu hamımız yaxşı bilirik. Buna nail olmasaq, növbəti mövsüm bu işi edə biləcəyimizdən daha çox əminəm. Buna nail olmaq üçün burda qalmaq istəyirəm.

- Fasilə müddətinin daha çox uzanmaq ehtimalı yüksəkdir. Belə olarsa, çempionatın qalan turları 3-4 günlük fasilələrlə keçiriləcək. Bu qədər fasilədən sonra belə ağır qrafiklə oynamaq mümkün olacaq?

- Komandamızdakı oyunçuların hamısı çox yaxşı futbolçulardı. Fasilədə çox çalışırıq, buna görə də az zamanda oyun keçirməyimiz mümkün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?